İsrail qırıcıları Livanın hava məkanını pozdu

İsrail qırıcıları Livanın hava məkanını pozdu

İsrailə məxsus bir qrup qırıcı təyyarə Livan paytaxtı və ölkənin cənub şəhərləri üzərindən uçuş həyata keçirib.

101.az xəbər verir ki, bu barədə Beyrut beynəlxalq hava limanındakı mənbəyə istinadən RİA “Novosti” məlumat yayıb.

“İsrail HHQ-yə məxsus dörd təyyarə Livanın hava məkanına soxulub. Biz onları Beyrut və Cənubi Livan üzərində uçarkən müşahidə etmişik”, – deyə mənbə bildirib.

O qeyd edib ki, təyyarələr bir neçə manevr etdikdən sonra Livanın hava məkanını tərk ediblər.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR