Nazpəri Dostəliyeva Nürəddin Mehdixanlı ilə filmə çəkilir

Nazpəri Dostəliyeva Nürəddin Mehdixanlı ilə filmə çəkilir

Xalq artistləri Nazpəri Dostəliyeva və Nürəddin Mehdixanlı bir araya gəlib.

101.az xəbər verir ki, müğənni və aktyor filmə çəkilir. Onlar Şirvan aşiğı Şakirin həyatından bəhs edən ekran işində tərəf müqabili olacaqlar.

"Bir ömrün təntənəsi" adlanan filmdə N.Mehdixanlı Aşıq Şakir, N.Dostəliyeva isə onun həyat yoldaşı obrazını canlandıracaq.

Filmin quruluşcu rejissoru Ruslan Hüseynov, layihə rəhbəri Ağayar Ağayev, quruluşçu operatoru isə Fahirdir.

https://www.ok.ru/video/1402598984404

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR