Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı

Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

101.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.
Xəbəri Xaçmaz rayon polis iadrəsindən Unikal.org-a təsdiqləyiblər.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR