Tennisin yüksələn ulduzu: Bianka Andreesku

Tennisin yüksələn ulduzu: Bianka Andreesku

"US Open"də qadınların mübarizəsində final görüşü keçirilib.

101.az xəbər verir ki, Nyu-Yorkda "Böyük Dəbilqə" turnirinin finalında kanadalı Bianka Andreesku və amerikalı Serena Ulliamsla qarşılaşıb. 1 saat 41 dəqiqəlik mübarizəni kanadalı roketka ustası qazanıb.

19 yaşlı tennisçi Serenanı 2:0 hesabı ilə məğlub edib - 6:3; 7:5.

Bianka Andreesku "Böyük Dəbilqə"ni qazanan ilk kanadalı olub.

Rumıniya əsilli tennisçi rusiyalı Mariya Şarapovadan sonra qadınlar arasında "Böyük Dəbilqə"ni 20 yaşdan aşağı qazanan ilk roketka ustası olub. Şarapova 2006-cı ildə buna nail olmuşdu.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR