Azərbaycanın samboçuları erməni rəqiblərinə qalib gələrək medal qazandı - FOTO

Azərbaycanın samboçuları erməni rəqiblərinə qalib gələrək medal qazandı - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə dünya və Avropa çempionu Arçil Çoxeliyə həsr olunmuş sambo üzrə kişilər və qadınlar arasında "B" kateqoriyalı Beynəlxalq Memorial turnir keçirilib.

101.az xəbər verir ki, ənənəvi yarışda millimiz beş medal qazanıb.

Eyvaz Baxşıyev (-57 kq) qızıl, Səməd Əliyev, Nəsimi Umbayev (hər ikisi -52 kq), Tural Allahverdiyev və Fuad Məmmədov (hər ikisi -62 kq) bürünc medalla vətənə qayıdıb.

Səməd Əliyev və Tural Allahverdiyev bürünc medal görüşlərində erməni rəqiblərinə qalib gəlib.









Qeyd edək ki, millimiz baş məşqçi Bəxtiyar Hacıyevin rəhbərliyi altında 12 idmançı ilə qonşu ölkədə mübarizə aparıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR