Abu Dabinin vəliəhd şahzadəsi Nurməhəmmədovla görüşüb

Abu Dabinin vəliəhd şahzadəsi Nurməhəmmədovla görüşüb

Abu Dabinin şahzadəsi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov ilə Dastin Poirierə döyüşdəki qələbəsindən sonra görüşüb.

101.az-ın məlumatına görə, şənbə günü Abu Dabidə Nurməhəmmədov Poirieri məğlub etdi və beləliklə yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) çempion titulunu müdafiə etdi.

Vəliəhd şahzadə bazar ertəsi günü twitter-də Həbib Nurməhəmmədov, atası və məşqçisi olan Abdulmanap və digər komanda üzvləri ilə birlikdə fotolarını yerləşdirib.

Məhəmməd bin Zayed uzun müddət BƏƏ-nin paytaxtında ilk olan UFC turnirindəki qələbəsi ilə Nurməhəmmədovu təbrik edib.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR