Gəncləşdirici üz kreminizi evdə hazırlayın

Gəncləşdirici üz kreminizi evdə hazırlayın

Bahalı kremlərdən istifadə etməklə büdcənizi azaltmayın. Ev şəraitində də çox yaxşı təbii üz kremləri hazırlamaq olar.

101.az sizə cavanlaşdırıcı kremin reseptini təqdim edirik.

Lazım olanlar:

2 xörək qaşığı vazelin,

1 çay qaşığı ərik yağı,

1 çay qaşığı E vitamini yağda (apteklərdə satılır),

1 çay qaşığı küncüt yağı,

1 çay qaşığı bal.

Hazırlanması:

Bütün ərzaqları yaxşıca qarışdırın. Hazır kremi kiçik şüşə bankaya qoyun və soyuducuda saxlayın. Bu kremi 1 ay ərzində istifadə etmək olar.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR