Yasamalda kişini döyüb pulunu və telefonunu aldılar

Yasamalda kişini döyüb pulunu və telefonunu aldılar

Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

101.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov sentyabrın 9-da gecə saatlarında naməlum 2 nəfərin onun sifətinə yumruqla xəsarət yetirərək 700 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Yasamal RPİ-də araşdırma aparılır.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR