“Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradlılacaq

“Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradlılacaq

Beynəlxalq Açıq Hökümət Tərəfdaşlığı Təşəbüsünündə Azərbaycanda vətəndaş cəmiyyətnin rolunun gücləndirilməsi və geniş maarifçilik, təşviqat işinin aparılması tövsiyyəsinə uyğun olaraq “Açıq Hökümət” TV onlayn-televiziyası fəaliyyətə başlayacaq

101.az-ın məlumatına görə, “Açıq hökümət” TV Açıq Hökümətin Təşviqinə dair Hökümət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının saytı, YouTube video-hostinq, Facebook sosial şəbəkəsi üzərindən yayımlanacaq.

“Açıq Hökümət” TV onlayn-televiziyası Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində yaradılacaq.

Layihə fəaliyyətlərinə uyğun olaraq Açıq Hökümətin Təşviqinə dair Hökümət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının saytında “Açıq Hökümət” TV üçün ayrıca veb səhifə yaradılacaq. Onlayn-TV “Açıq hökümət” islahatları, təşəbbüsləri barədə cəmiyyətin, vətəndaşların məlumatlandırılmasına, müvafiq dövlət qurumlarına, сəmiyyətə, beynəlxalq təşkilatlara vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərinin mövqeyinin çatdırılması, təkliflərin ictimailəşdirilməsinə, “Açıq hökümət” islahatlarının geniş tətbiqi üçün vəkillik kampaniyasının aparılmasına, “Açıq hökümət” islahatları ilə bağlı dövlət orqanları ilə bütün maraqlı tərəflərin (vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin, beynəlxalq təşkilatların) kommunikasiyanın yaxşılaşdırılmasına xidmət edəcək.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR