Vasif Ənvəroğlu: "Çarəsiz yetimləri sifarişlə dilənən dilənçilər kimi görməyin"

Vasif Ənvəroğlu: "Çarəsiz yetimləri sifarişlə dilənən dilənçilər kimi görməyin"

Bir az nəzakətli olun!
Biraz da istiqanlı.
Uşaqları incitməyin,
Körpələri yeməyin.
Fidanlara şeytan deməyin
söyüş söymək öyrətməyin
Oğlan uşaqlarına.

XXXXXXXX

Bir az mərhəmətli olun!
Biraz da mehriban.
Çarəsiz yetimləri sifarişlə dilənən
Dilənçilər kimi görməyin.
Əlindəki qoğala,
Üstündə "Anam xəstədir" yazılmış
kağızına söyməyin.

XXXXXXXXXX

Bir az adam olun!
Nəfsinizə sahib çıxın.
Süddən təzəcə ayrılmış qız uşaqlarına
Yetişmiş yeniyetmə kimi baxmayın.
Ağıllı, savadlı, yaraşıqlı gəncləri
Otel otaqlarında məhv etməyin.
İnsan olun, insanları yeməyin!
Etməyin.....


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR