Həbib Nurməhəmmədov 3-cü dəfə ata olacaq

Həbib Nurməhəmmədov 3-cü dəfə ata olacaq

Yüngül çəkidə UFC çempionu, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədovun ailəsində artım gözlənilir.

101.az-ın məlumatına görə, H. Nurməhəmmədov tezliklə növbəti dəfə ata olacaq. Bu övlad idmançı üçün üçüncü olacaq.

“Həbibin iki uşağı var. Üçüncünü gözləyirik”, - “Sport24.ru” nəşri döyüşçünün atası Əbdülmanap Nurməhəmmədovun sözlərini sitat gətirib.

Qeyd edək ki, H. Nurməhəmmədovun şəxsi həyatı haqda az məlumat var - idmançı evlidir, 2015-ci ilin iyununda qız, 2017-ci ilin dekabrında isə oğlu dünyaya gəlib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR