TƏCİLİ:Türkiyəni tanınmış futbolçusu Arda Turan HƏBS EDİLDİ - SƏBƏBİ...

TƏCİLİ:Türkiyəni tanınmış futbolçusu Arda Turan HƏBS EDİLDİ - SƏBƏBİ...

Türkiyənin tanınmış futbolçusu Arda Turan haqqında həbs qərarı çıxarılıb.

101.az xəbər verir ki, futbolçunun müğənni Berkay Şahin ilə aralarında yaşanan davaya görə açılan məhkəmə prosesi başa çatıb.

Məhkəmənin qərarı ilə Arda Turan 2 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. O, qorxu və təşviş yaradacaq şəkildə silahla atəş açma, sənədsiz silah gəzdirmək və qəsdən xəsarət yetirməkdə ittiham olunub.

Arda Turan qərardan sonra yazılı açıqlama verərək bildirib ki, türk ədaləti bu ağır ittihamların çirkin şər olduğuna qərar verdi.

Qeyd edək ki, Arda Turan sözügedən məhkəmə prosesinə qatılmayıb. Məhkəməyə təqdim olunan ittihamnamədə Arda Turana “cinsi zorakılıq”, “qəsdən xəsarət yetirmə”, “qorxu və təşviş yaradaxaq şəkildə silahla atəş açma”, “sənədsiz silah gəzdirmək” cinayətlərində günahlandırılırdı. Buna görə də 3 il 3 aydan 12 il 6 aya qədər həbs cəzası tələb edilirdi.

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR