Naqif Həmzəyev Kipr-Azərbaycan Diaspora Mərkəzinin həmsədri ilə görüşüb

Naqif Həmzəyev Kipr-Azərbaycan Diaspora Mərkəzinin həmsədri ilə görüşüb

Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri hər zaman sıx əməkdaşlıq çərçivəsində olub. İki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə olan əlaqələr hər zaman özünü doğruldub və bu yolda mühüm addımlar atılıb.

101.az bildirir kiə, bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Kipr-Azərbaycan Diaspora Mərkəzinin həmsədri Toğrul Abbasovla görüşü zamanı bildirib.

Millət vəkili azərbaycanlı tələbələrin Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində təhsil almaları və onların təhsillərini başa vurduqdan sonra ölkəmizdə hər iki ölkənin mədəniyyətlərini təmsil etmələri bu dostluğun, əməkdaşlığın bariz nümunələrindən olduğunu qeyd edib.

Toğrul Abbasov Kipr-Azərbaycan Diaspora Mərkəzinin ölkəmizlə Şimali Kipr Türk Cümhuriyyəti arasında əməkdaşlığı daha da genişləndirmək üçün gördüyü işlərdən danışıb. Toğrul Abbasov qeyd edib ki, Kiprdə tez-tez görüşlər təşkil edilir, Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi ilə bağlı tədbirlər keçirilir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR