Əyyub Məmmədov: "İllər də fərz elə insan kimidir onun da xeyirli, xeyirsizi var..."

Əyyub Məmmədov: "İllər də fərz elə insan kimidir onun da xeyirli, xeyirsizi var..."

İllər də aşiqtək sevişə bilir

İllər də darıxır bir-biri üçün
Rəqəmlər artıqca uzaq düşürlər
Hər ötən ildəki o xatirələr,
Uzaq tarixlərdə solub, ölürlər.

Sən sanma ötənlər səni yandırır
Şirin nağılların keçmişdə qalır
Bir ildə baş vermiş bədbəxt hadisə,
Daim o ildə kədər saxlayır.

İllər də aşiqtək sevişə bilir
İnciyib yenə də barışa bilir
Bir canlı kimi gözlər önündə,
Tərpənib, yerib, danışa bilir

Bəzən illəri vurub, döyürük
Nədir ki, bir acı xatirəsi var
Elə il var ki, hey öyünürük
Çünki o ilin xoş tarixi var

İllər də fərz elə insan kimidir
Onun da xeyirli, xeyirsizi var
İllər də adamtək ya xoşbəxt olur,
Ya da talesiz, bir bədbəxt olur.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR