Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi bilindi

Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi bilindi

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi müəyyənləşib.

101.az xəbər verir ki, 33 yaşlı boksçu sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə üz-üzə gələcək.

ABŞ-lı boksçu 19-cu peşəkar döyüşünü keçirəcək. Hesabında 12 qələbə olan Fonteyn 6 dəfə məğlub olub.

Qeyd edək ki, Məcidov üçqat dünya çempionu olmaqla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanıb, bir dəfə isə Avropa çempionu olub.

101.az (Qol.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR