Vilayət Eyvazov yeni rəis — TƏYİN ETDİ

Vilayət Eyvazov yeni rəis — TƏYİN ETDİ

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

101.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis polkovnik-leytenantı Emin Zeynalov Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi təyin olunub.

Xəbəri Suraxanı Rayon Polis İdraəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov bir müddət öncə , Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR