3-cü dəfə ana olan müğənninin yaddaşında problem yarandı

3-cü dəfə ana olan müğənninin yaddaşında problem yarandı

Rusiyanın məşhur müğənnisi Anna Sedokova üçüncü övladını dünyaya gətirdikən sonra yaddaşında problemlər yarandığını etiraf edib.

101.az-ın məlumatına görə, bu barədə o, İnstaqram hesabında yazıb.

“Problem var! Mən heç nəyi xatırlamıram, üçüncü uşaqdan sonra mən, ümumiyyətlə, heç nəyi yadda saxlamıram. Hər konsertimdə mahnıların yeni sözləri var. Özüm yazmışam, özüm unutmuşam, özüm də yenilərini yaratmışam”, - Sedokova qeyd edib.

Artist yaddaşının yaxşılaşdırılması üçün hər gün şeir öyrənmək və dərman içmək qərarına gəlib.

Sedokovanın bir çox xanım izləyiciləri ona mənəvi dəstək olub. Onlar da doğuşdan sonra bu cür problemlər yaşadığını bildirib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR