Şəbnəm Tovuzlu ilə bağlı XƏBƏR YAYILDI - Sən demə Türkiyədəki...

Şəbnəm Tovuzlu ilə bağlı XƏBƏR YAYILDI - Sən demə Türkiyədəki...

Tanınmış müğənni Şəbnəm Tovuzlu İstanbul konsertinin vaxtını dəyişib.

Məsələ ilə bağlı müğənni bunun səbəbini açıqlayıb:

“Yazırlar ki, guya biletlər satılmadığı üçün sentyabrın 8-də keçirilməli olan konsert təxirə salınıb. Biletlərin hamısı satılıb, sadəcə konsertin vaxtını dəyişdik. Bakıda konsertlə bağlı məşqlərimiz davam edir. Əvvəlki tarixə olan biletlər növbəti tarix üçün də keçərli olacaq”.

Xatırladaq ki, ifaçının sözügedən İstanbul konserti sosial şəbəkədə birmənalı qarşılanmayıb. İzləyicilərin bir qismi azərbaycanlı sənətçinin Türkiyədə konsert vermək istəyini boşuna pul xərci kimi dəyərləndirib.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR