Baş nazirin doğulduğu evdən qızıl unitaz oğurlandı

Baş nazirin doğulduğu evdən qızıl unitaz oğurlandı

İngiltərənin Blenhaym Sarayında milyonluq oğurluq hadisəsi baş verib.

101.az xəbər verir ki, “Amerika” adlı 1 milyon funt-sterlinq dəyərindəki 18 karat qızıldan hazırlanmış unitaz oğurlanıb.

Olay gecə saat 04:50 radələrində baş verib. Qızıldan hazırlanmış unitaz saraya italiyalı sənətçi Maurisio Kattelanın bir sərgisi çərçivəsində gətirilib. Buna baxmayaraq, unitaz tamamilə işlək halda olub. Hadisədə şübhəli bilinən 66 yaşlı şəxs saxlanılsa da, unitaz hələ də tapılmayıb.

1 milyon funt-sterlinq dəyərindəki unitaz ilk dəfə 2016-cı ildə Nyu Yorkdakı Quqqnhaym Muzeyində sərgilənib və ziyarətçilərin istifadəsinə verilib. Daha sonra ABŞ prezidenti Donald Trampa da təklif edilib.

Qeyd edək ki, sözügedən sarayda İngiltərənin sabiq baş naziri Uinston Çörçill dünyaya gəlib. 18-ci əsrdə tikilən saray Londonda 100 km uzaqda yerləşir. Hazırda sərgi məqsədilə istifadə olunur.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR