Bu məhsulun cəmi 14 qramı piylənmə riskini aşağı salır

Bu məhsulun cəmi 14 qramı piylənmə riskini aşağı salır

Gündəlik az miqdarda qozun qəbulu piylənmənin inkişaf riskini aşağı sala bilər.

101.az xəbər verir ki, bu bağlılığı ABŞ-ın Harvard Universitetinin alimləri aşkar edib.

Araşdırmada səhiyyə sahəsində çalışan 40-75 yaş arasında 51529 kişi və 24-44 yaş arasında 238386 tibb bacısı iştirak edib. Tibb işçilərinin səhhəti 20 il ərzində müşahidə olunub. Hər dörd ildən bir iştirakçılar öz çəkiləri və ötən il ərzində 1 porsiya qozun (28 qram) qəbulunun müntəzəmliyi haqda məlumat verib. Eləcə də həftəlik məşqlərin (yürümə, qaçış, üzgüçülük, velosipeddə gəzinti) səviyyəsi də nəzərə alınıb.

Məlum olub ki, əlavə yarım porsiya (günə 36 qram) 4 il ərzində bədən çəkisinin artma riskini 2 kiloqram azaldır.

Hətta günə 14 qram qoz qəbulu artıq çəkinin yaranma riskini aşağı salır.

Alimlər əmindir: qoz - ət, şokolad, bulku və ponçiklərin idela alternatividir.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR