İraqda iğtişaşlarda ölü sayı 120-yə çatdı

İraqda iğtişaşlarda ölü sayı 120-yə çatdı

Son iki gündə İraqda baş verən iğtişaşlarda 15 nəfər həlak olub.

101.az xəbər verir ki, oktyabrın 1-dən bu günə kimi İraqda polislə etirazçılar arasında baş verən qarşıdurmada ölənlərin sayı 120 nəfərə çatıb.

Yaralananların sayı isə 4 mini ötüb və onlardan bir çoxunun vəziyyəti ağırdır.
Baş verən hadisələr səbəbindən Bağdadın qubernatoru Fəllah əl-Cəzairi dünən istefa verib.

İraqın Baş Naziri Ədil Əbdül Mehdi bəyan edib ki, etirazçıların bütün tələbləri nəzərə alınacaq. O qeyd edib ki, hökumətdə ciddi dəyişikliklər gözlənilir. Belə ki, Ali Məhkəməyə geniş səlahiyyətlər veriləcək.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR