Bakıda ŞOK HADİSƏ - Qadının evinə girən 5 nəfər onu...

Bakıda ŞOK HADİSƏ - Qadının evinə girən 5 nəfər onu...

Bakıda quldurluq hadisəsi baş verib.

101.az xəbər verir ki, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olmuş 5 nəfərin ona fiziki zor tətbiq edərək oradan 400 manat və mobil telefon aparmalarını bildirib.

Bakı ŞBPİ və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR