Bədəni zəhərli maddələrdən təmizləyən məhsul

Bədəni zəhərli maddələrdən təmizləyən məhsul

Tahin Yaxın Şərq mətbəxinə aid və dünyada geniş istifadə edilən souslardandır. Tahindən səhər yeməklərində, şirniyyatların hazırlanmasında istifadə olunur. Tərkibi əsasən E, C, B vitaminləri ilə zəngindir. Bu səbəbdən mütəxəssislər, vücuddakı zəhəri ata bilən qidanın tahin olduğunu və sağlamlığa faydalarının mühüm olduğunu qeyd ediblər.

Kalsiumla zəngin olduğuna görə sümük inkişafı üçün əsas qidalardan hesab olunur.

Öd kisəsində yaranan daşların tökülməsinə, nəfəs darlığına müsbət təsir göstərdiyi bildirilir.
Yüksək miqdarda protein tərkiblidir. Tahin bəzi dərmanların yaratdığı toksinlərə qarşı vücudu qoruyur.
Qocalmağa qarşı effektlidir.

E vitamini çox güclü antioksidantdır. Vücuda enerji verir. Hüceyrə quruluşunun pozulmasının qarşısını alır. Yaraların sağalmasında effektlidir.

Gündə 2 qaşıq qəbul edilən tahini sizə enerji və bol miqdarda protein verəcək.

Tahinin hazırlanması isə çox asandır. 2 stəkan qovrulmuş küncüt blenderdən keçirilir və üzərinə 2 xörək qaşığı zeytun yağı əlavə edilir. Yaxşı qarışdırdıqdan sonra sousumuz hazırdır.

Tahinli balın tərkibində isə orqanizmə faydalı olan vitaminlər daha çoxdur. Eyni miqdarda tahinini və balı kasada qarışdırın. Zövqə uyğun olaraq bir ovuc xırdalanmış qoz, badam, püstə və fındıq əlavə etmək olar. Qarışığı bankaya tökün və soyuducuda 1-1,5 aya yaxın saxlayın. Bu qarışımdan uşaqlara bir çay qaşığı kifayətdir, böyüklər isə 1-2 xörək qaşığı uda bilərlər.



101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR