Tramp: ABŞ "inanılmaz yeni silahlar" hazırlayır

Tramp: ABŞ "inanılmaz yeni silahlar" hazırlayır

ABŞ ən yeni sualtı qayıqlar da daxil olmaqla "inanılmaz yeni silahlar" hazırlayır.

101.az-ın məlumatına görə, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

ABŞ prezidentinin dediklərinə görə, yaxın həftələrdə Amerika tərəfi bəzi yeni silah sistemlərini nümayiş etdirə bilər:

"Hazırda biz inanılmaz yeni silahlar hazırlayırıq. Heç kimin xəyal edə bilmədiyi silahlarımız var".

D.Tramp qeyd edib ki, ABŞ nüvə silahlarını inkişaf etdirir və yeniləyir:

"Heç kimin ağlına gəlməyəcəyi sualtı qayıqları qururuq. Ümid edirəm ki, onlardan heç vaxt istifadə etməyəcəyik".

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR