Nobel mükafatı xərçəng xəstəliyini müalicə edənlərə veriləcək

Nobel mükafatı xərçəng xəstəliyini müalicə edənlərə veriləcək

Nobel mükafatı bu il xərçəng xəstəliyinə qarşı mübarizə istiqamətində fəaliyyət göstərən alimlərə veriləcək.
Nobel mükafatı 2019-cu ildə tibb və fiziologiya üzrə Uilyam Kelin (William G. Kaelin Jr), ser Piter Retklifə (Sir Peter J. Ratcliffe) və Qreq Semenzaya (Gregg L. Semenza) təqdim olunub.

101.az xəbər verir ki, mükafat həmin alimlərə hüceyrələrin oksigenə adaptasiya olunması və həssaslıq mexanizmini müəyyən etdiyinə görə verilib. Bu kəşf xərçəng və digər xəstəliklərin müalicəsində yeni metodların hazırlanmasına yardım edə bilər.
Nobel mükafatı 2018-ci ildə tibb və fiziologiya elmi üzrə Ceyms Pi Ellison (James P. Allison) və Tasuku Honco (Tasuku Honjo).
2019-cu ilin Nobel mükafatı 2019-cu ilin dekabarın 10-da Alfred Nobelin ölüm günündə Stokholmda sahiblərinə təqdim olunacaq. Mükafatı İsveçin kralı XVI Qustav təqdim edəcək. Nobel mükafatının pul hədiyyəsi 1 milyon təşkil edəcək.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR