Türkiyədən Trampa SƏRT CAVAB: "Əvəzi nə olur olsun..."

Türkiyədən Trampa SƏRT CAVAB: "Əvəzi nə olur olsun..."

“Beynəlxalq cameəyə mesajımız konkretdir: Türkiyə təhdidlərlə hərəkət edəcək ölkə deyil”.

101.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

ABŞ prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını məhv etməsilə bağlı sözlərinə cavab verən Oktay bildirib ki, məsələ Türkiyənin təhlükəsizliyi olanda, Ərdoğanın hər zaman vurğuladığı kimi, Türkiyə öz yolunu özü müəyyən edir, göbəyini özü kəsir, heç bir şərtlə öz sərhədlərinin yanında əvəzi nə olursa, olsun, terror koridoru və terror dövləti yaradılmasına əsla icazə vermir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp tvitter hesabından bu sözləri yazmışdı: “Türkiyə Suriyanın şimalında sərhədlərini keçən bir şey edərsə, daha əvvəl də etdiyim kimi iqtisadiyyatını tamamilə yox edib ortadan qaldıraram. ABŞ İŞİD-in 100 faiz məğlub edilməsi daxil olmaqla, gözləniləndən artığını edib. İndi də digərlərinin öz bölgələrini qorumaq zamanı gəlib çatdı”.



101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR