"Kitabxanaların siyahısı ilə bağlı təkliflər Prezidentə təqdim edilib" - Nazirlik

"Kitabxanaların siyahısı ilə bağlı təkliflər Prezidentə təqdim edilib" - Nazirlik

“Çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchiz ediləcək kitabxanaların siyahısı ilə bağlı təkliflər Prezidentə təqdim edilib”.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

“Bildiyiniz kimi, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanunu qəbul edilib. Dəyişikliyə əsasən “Kitabxana işi haqqında” Qanunun 15-ci maddəsi – yəni kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı məsələsinin hüquqi normativləri müəyyənləşdirilib”, - deyə cavabda qeyd olunur.

Naizrlikdən verilən məlumata görə, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 2019-cu il 19 mart tarixli 593 nömrəli Fərman imzalanıb: “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası” bu Fərmanın 1.3-cü bəndinin icrası məqsədilə təsdiq edilib. Sözügedən Fərmanın 1.2-ci bəndi ilə bağlı təkliflər (çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchiz ediləcək kitabxanaların siyahısı) aidiyyəti mərkəzi icra hakmiyyəti orqanları ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib”.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanacaq növbəti Fərmanla “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bir sıra səlahiyyətləri yerinə yetirəcək dövlət orqanlarının və məcburi nüsxə ilə təchiz ediləcək kitabxanaların adları müəyyənləşdiriləcək.

101.az (apa)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR