Xalq artisti maaşını açıqladı: "Xərcləməyi bacarıram"

Xalq artisti maaşını açıqladı: "Xərcləməyi bacarıram"

"Qazandığını xərcləməyi bacaranam. Yığ qoy, nəyə lazım? Yadıma gəlmir ki, dar günüm olsun. Hər günüm qəşəng keçib".

101.az xəbər verir ki, bu sözləri Xalq artisti Afdandil İsrafilov "5/5" verilişində deyib. Qarmon ifaçısı aparıcı Zaur Kamalın "Deyirlər, qazandığınızı xərcləyirsiz, heç nə yığmamısınız. Dar gününüzə saxlamısız nəsə? Əsa əlinizdə olanda, arvad görəcək pul yoxdur" sözlərinə belə cavab verib:

"Bilmirsiz ki, 1450 manat Heydər Əliyev təqaüdü alıram? Xalq bir sənətkar kimi sənə pul xərcləyir. Sən də görürsən ki, onlar zəhmətlə qazanıb, ürəklə sənə xərcləyirlər. Sən də xərcləyən də onlar kimi ürəkli olmalısan".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR