Şumaxerin əfsanəvi bolidi hərraca çıxarılacaq

Şumaxerin əfsanəvi bolidi hərraca çıxarılacaq

Əfsanəvi ”Formula 1” pilot Mixael Şumaxerin 2002-ci ildə yarışlarda sürdüyü bolidi hərraca çıxarılacaq.

101.az xəbər verir ki, hərrac 30 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Bolidə başlanğıc olaraq 6,1 milyon funt-sterlinq (təxminən 12,7 milyon manat) təyin edilib.
Qeyd edək ki, Şumaxer həmin bolidlə 2002-ci ildə İtaliya, Avstriya və Fransadakı yarışların qalibi olmuşdu.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR