Moskvada yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları

Moskvada yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları

Rusiyanın paytaxtı Moskvada yeni doğulmuş oğlanlara ən çox Aleksandr adı verilib.

101.az xəbər verir ki, bu barədə paytaxtın müvafiq idarə rəsmisi Yelena Yefromova deyib. Onun sözlərinə görə, Moskvada yeni doğulan qızlara isə daha çox Sofiya adı verilib.

Ümumilikdə hesabat dövründə paytaxtda 2,2 min Aleksandr adına körpə öğlan və 2,4 mindən çox Sofiya adında qız qeydiyyatdan keçdiyi bildirilir.

Bundan başqa, Moskvada uşaqlara daha çox verilən adlar siyahısında Mixail, İvan, Maksim, Mark, Lev, Matvey, Mariya, Aleksandra, Anastasiya, Anna, Alisa, Viktoriya, Yeva adları var.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR