Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Bir ailənin 3 üzvü öldü

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Bir ailənin 3 üzvü öldü

Bakı-Quba yolunda baş verən yol qəzasında ölən şəxslər bir ailənin üzvləridir.

101.az-ın məlumatına görə, qəza nəticəsində minik avtomobilində olanlar - 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 1988-ci il təvəllüdlü Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.

***

saat 11:38

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.

***

Saat 11:22

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR