Avstriya şirkətləri Azərbaycan iqtisadiyyatına maraq göstərir

Avstriya şirkətləri Azərbaycan iqtisadiyyatına maraq göstərir

İqtisadiyyat naziri Şahin Mustafayevin Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğu, Avstriya ilə əməkdaşlığa böyük önəm verildiyi, tərəfdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

101.az-ın məlumatına görə, Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında müvafiq müqavilə-hüquq bazası yaradılıb, 40-a yaxın sənəd, o cümlədən Azərbaycan və Avstriya arasında Dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Azərbaycan-Avstriya Əməkdaşlıq Şurası, Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyi ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verir.

Azərbaycanla Avstiya arasında iqtisadi-ticarət əlaqələri genişlənir. Ötən il ölkəmizin Avstriya ilə ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələr üzrə 50-yə yaxın Avstriya şirkəti qeydiyyatdan keçib. Avstriya şirkətləri ölkəmizdə dövlət əsaslı layihələrdə də iştirak edirlər.

Avstiya şirkətlərinin rəhbərləri fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycanlı həmkarları ilə əməkdaşlıq barədə təkliflərini bildiriblər.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR