Azərbaycan idmançısı ikiqat Avropa çempionu olub

Azərbaycan idmançısı ikiqat Avropa çempionu olub

Pencak-silat üzrə Azərbaycan millisi Niderlandın Haaqa şəhərində keçirilən açıq Avropa çempionatında 4 medal qazanıb.

101.az-ın məlumatına görə, gənclərin yarışında çıxış edən Xalid Əfəndiyev və Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Böyüklərin mübarizəsində Elxan Cəfərov ikiqat Avropa çempionu adına sahib olub. Abdulla Abdullazadə isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Ziya Mirzəyev turnirdə ədaləti qoruyub.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR