Türkiyə millisindən növbəti əsgər salamı

Türkiyə millisindən növbəti əsgər salamı

Avro-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə heç-heçə edən (1:1) Türkiyə millisi növbəti dəfə əsgər salamı ilə diqət çəkib.

101.az xəbər verir ki, türklər bunu matçın 81-ci dəqiqəsində Kaan Ayhanın bərabərlik qolundan sonra ediblər.

“Ay-ulduzlular” Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq bu addımı atıblar. Lakin matçı yayımlayan telekanalın türkiyəli futbolçuların bu hərəkətini göstərməməsi diqqər çəkib.

Xatırladaq ki, Türkiyə millisi seçmə mərhələnin son oyununda - Albaniya ilə görüşdə də əsgər salamı vermişdilər.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR