İstanbul birjasında böyük ÇÖKÜŞ

İstanbul birjasında böyük ÇÖKÜŞ

ABŞ Prezidenti Donald Trampın son sanksiya açıqlamasının ardından İstanbul birjasının indeksi (Borsa İstanbul BİST 100 indeksi) 5%-dən çox düşüb.

Xəbər verdiyimiz kimi, Tramp, "Twitter" üzərindən verdiyi açıqlamada "Türkiyəyə böyük sanksiyalar gəlir! İnsanlar həqiqətən NATO üzvü Türkiyə ilə müharibəyə girməyimiz lazım olduğunu düşünür? Bitməyən müharibələr bitəcək",- deyib.

Trampın açıqlamasından sonra BIST 100 İndeksi geriləyib və yeddi ayın ən kəskin gündəlik itkisini qeyd edib. İndeks gün daxili əməliyyatlarda ən aşağı 93382,08 səviyyəsini görüb.

BIST bank indeksində geriləmə 8%-dən çoxdur.


Həftənin ilk iş gününə 5.88 səviyyələrdən başlayan Dollar/TL məzənnəsi Trampın "tweet"indən sonra 0.83 faiz artımla 5.9367 səviyyəsini görüb.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR