Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb

Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb

Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışa yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, təmsilçimiz İbrahim Yusubov (80 kq) A qrupunda rumıniyalı Vasile Madalin Minzala (3:1), ispan David Kintana (3:0) və çilili Antonio Kastroya (3:0) qalib gəlib, gürcü Davit Xutsişviliylə görüşdə isə hesab açılmayıb. Gürcüstan təmsilçisinin çəkisi daha az olduğundan qələbə rəqibə verilib. Bununla belə, yarımfinala vəsiqə qazanan Yusubov ukraynalı Vasili Mixaylovu 3:1 hesabıyla üstələyərək finala yüksəlib. Həlledici görüşdə yenidən Davitlə üz-üzə gələn İbrahim bu dəfə də məğlub olaraq gümüş medalı boynundan asıb.

Oyan Nəzəriani (+90 kq) B qrupunda ispan Xose Kuba Vaskes (3:0) və rumıniyalı Daniel Kintoana (3:0) qalib gəlib, gürcü Mamuka Kordzayaya (1:4) uduzub. Güləşçimiz yarımfinalda iranlı Puya Rəhmani (0:3) ilə bacarmayıb. Oyan 3-cü yer uğrunda görüşdə yenidən Mamukayla qarşılaşıb. Bu dəfə qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sonuncu xalı rəqib qazandığından Nəzəriani 4-cü yerlə kifayətlənib.

Xatırladaq ki, bir gün öncə Pənah İlyaslı (70 kq) Dünya Çimərlik Oyunlarının gümüş medalını qazanıb.





101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR