Məşhur futbolçu haqda sənədli film çəkiləcək

Məşhur futbolçu haqda sənədli film çəkiləcək

İspaniya millisinin sabiq üzvü Fernando Torres haqda sənədli film çəkiləcək.

101.az xəbər verir ki, "Amazon", "Atsresmedia" və "Libero" jurnalının birgə layihəsi olan filmdə Joze Mourinyo, Rafael Benites, Andres İnyesta, Stiven Cerrard, Dieqo Simeone kimi mütəxəssislər də iştirak edəcək. Filmin yayımlanacağı vaxt bilinmir.

2000-ci ildə "Atletiko" ilə müqavilə imzalayan Torres, 2007-ci ildə 38 milyon avro qarşılığında "Liverpul"a keçib. 4 mövsüm Mersisayd təmsilçisində çıxış edən hücumçu, 2011-ci ildə 58,5 milyon avro müqabilində "Çelsi"yə üz tutub. Chelsea-dən sonra bir müddət "Milan"da icarə əsasında çıxış edən Torres, 2016-cı ildə "Atletiko"ya qayıdıb. "Körpə" ləqəbli hücumçu 2018-ci ilin yayında Yaponiyanın "Sagan Tosu" klubuna transfer olunub.

İspaniya millisində 110 dəfə forma geyinən Torres, yığmada 38 qola imza atıb.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR