Putin Ərdoğanı Rusiyaya dəvət etdi

Putin Ərdoğanı Rusiyaya dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

101.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Rabitə İdarəsi məlumat yayıb.

Bildirilib ki, liderlər ikitərəfli münasibətlər, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

R.T.Ərdoğan deyib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Barış pınarı” əməliyyatı terrorla mübarizəyə, Suriyanın ərazi bütövlüyünün qorunmasına, bu ölkədə siyasi tənzimləmə prosesinə öz töhfəsini verəcək.

Kremlin mətbuat xidmətinin məlumatında bildirilib ki, V.Putin türkiyəli həmkarını yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR