Hamının maaşı artdı onların gəliri azaldı

Hamının maaşı artdı onların gəliri azaldı

101.az saytına SOCAR Qaz İxrac İdarəsi Qazax Magistral Qaz Kəmərləri Sahəsində çalışan Məhəmməd Qasımov tərəfindən şikayət məktubu ünvanlanıb. Mətni olduğu kimi oxuculara təqdim edirik:

Şikayətçi yazır: "Salam mən Məhəmməd Qasımov, SOCAR Qaz İxrac İdarəsi Qazax Magistral Qaz Kəmərləri Sahəsində xidməti müqavilə ilə fərdi sahibkar kimi işləyirəm.238 azn maaş alıram və təbii ki,bu maaş məni qane etmir. Halbuki maaş artımı ilə əlaqədar çıxan qanundan sonra mənim 250 azn olan əmək haqqım azalaraq 238 manata endi. - Səbəbi izah olunmadan! Qaz İxrac İdarəsində mənim kimi bu maaşla,xidməti müqavilə ilə işləyən on minlərlə insanlar var.Problemimiz də maaşımızın artmaması ilə əlaqədardır.

SOCAR işçilərinin maaşlarında 20% həmçinin bütün dövlət və hökumət qurumlarının maaşlarında artım oldu ancaq bu artımın bizə heç bir aidiyatı olmadı. Bu barədə SOCAR-ın yuxarı vəzifəli nümayəndələrinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinə əməkhaqqlarımızın artırılmaması ilə bağlı müraciət edilib. Lakin cavabında bizə bildirilib ki, siz xidməti müqavilə ilə işlədiyiniz üçün maaş artımı şamil olunmur. Mən başa düşmürəm bu necə düşüncə tərzidir.

Biz xidməti müqavilə ilə işləyən işçilər Azərbaycan Respublikasının vətəndaşı deyilik? Bizim də yaxşı maaş alıb yaxşı yaşamaq haqqımız var.Əslində maaşımızın az olması ilə əlaqədar bizə 100% maaş artımı şamil olunmalıdır.Ölkə prezidentinə müraciət edirik. Zəhmət olmasa SOCAR-da xidməti müqavilə ilə işləyən işçilərin maaşlarının artırılması ilə əlaqədar sərəncam imzalayasınız.Ümid edirik ki bu müraciətimiz əsaslı şəkildə öz həllini tapacaqdır.Diqqətinizə görə sağ olun".

101.az olaraq qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR