Qonşu ölkədə ət istehsalı azalıb

Qonşu ölkədə ət istehsalı azalıb

Bu ilin yayında İranda qırmızı ət istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 22% azalıb.

101.az-ın məlumatına görə, bu, İranın Statistika Mərkəzinin hesabatında qeyd olunub.

Hesabata əsasən, qoyun ətinin istehsalı 21%, keçi əti 26%, mal əti 23% azalıb.

Hesabatda bildirilir ki, ümumilikdə bu yay dövlət qeydiyyatına alınmış sallaqxanalarda kəsilən heyvan əti 77 min ton olub.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR