Almaniya klubunun futbolçusu Azərbaycan millisinin düşərgəsinə yeni imiclə gələcək

Almaniya klubunun futbolçusu Azərbaycan millisinin düşərgəsinə yeni imiclə gələcək

Almaniyanın III Liqasındakı "Proyssen" klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov imicini dəyişib.

101.az-ın məlumatına görə, 26 yaşlı hücumçu saçlarını yandan götüzdürüb və yuxarısını yığaraq "quyruq" saxlayıb. O, yeni saç düzümünü çox bəyəndiyini bildirib: "Fikrimcə, bu, daha yaxşıdır. Yeni saç düzümünü sınaqdan çıxarmaq istədim. Rəfiqəm Lora əvvəlcə skeptik əhval-ruhiyyədə idi, daha pisini gözləyirdi. İndi isə onun özünə də belə yaxşıdır".

Dadaşov bu imici ilə heç də yaxşı getməyən işlərində də dəyişiklik etmək istəyir. O, "İnqolştadt"a 2:3 hesabı ilə uduzduqları və "Kemnitser"lə 3:3 hesablı heç-heçə etdikləri qarşılaşmalarda ehtiyatda qalıb. Azərbaycanlı forvard çiynini çəkərək, bunu baş məşqçi Sven Hübşerin qərarı kimi dəyərləndirib. O, daha səylə məşq edərək, özünü əsas heyətə qayıtmağa məcbur edəcəyini vurğulayıb.

"Proyssen" noyabrın 10-da evdə "Braunşveyq"lə çempionat matçına çıxacaq. Daha sonra Dadaşov Azərbaycan millisinin düşərgəsinə gələcək. O, noyabrın 16-da Bakıda Uelslə, noyabrın 19-da isə Trnavada Slovakiya ilə nəzərdə tutulan qarşılaşmalara dəvət alıb.

101.az ("Report")
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR