GÖZALTI QARALMALARA SON !

GÖZALTI QARALMALARA SON !

Xüsusilə xanımların ən böyük problemlərindən biri olan gözaltı qaralmalar üçün iki resept təqdim edəcik.

Bu reseptlərdən biri hər kəsin evində olan sarıkök, qatıq və limondan hazırlanır. yarım çay qaşığı sarıkök, 1 çay qaşığı təzə sıxılmış limon suyu, 2 xörək qaşığı qatığı kiçik bir qabın içərisinə töküb qarışdırın. Alınan məhlulu gözaltı qaralmalar və şişkinlər olan bölgələrə sürtüb 20 dəqiqə gözləyin. Sonra üzünüzü soyuq su ilə yuyun . Əgər dəriniz çox qurudursa maskaya yarım çay qaşığı bal və ya zeytun yağı da əlavə edə bilərsiniz.

Digər maskamız isə aptekərdən və ya bazarlardan asanlıqla tapa biləcəyiniz adaçayı (sürvə) , çobanyastığı və cəfəridən hazırlanır. 2-3 xörək qaşığı adaçayı və çobanyastığı, 5-6 ədəd cəfəri blenderə tökün. Üzərinə hər hansı mineral su töküb blender işə salın. Alınan məlhəmi buz üçün xüsusi qəliblərə doldurub, dondurucuda dondurun.

Donmuş buz kublarını Gün ərzində 2 dəfə, səhər- axşam gözətrafına sürtün. 3 gün ərzində prosesi təkrarlasanız faydasını görə bilərsiniz.



Firuzə Əliyeva

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR