Prezident Xalq şairinə ev verdi

Prezident Xalq şairinə ev verdi

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Bu barədə şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: “Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.

Xalq şairi axar.az-a bildirib ki, mənzil 5-6 gün bundan əvvəl təqdim olunub: “Ev üç otaqlıdır, “Qara Qarayev” metrosu yaxınlığında yerləşir. Hələ mənzil hazır deyil, təmir olunmalıdır”.

M.Yaqub onu da əlavə edib ki, Milli Məclisin üzvü olduğu vaxt ona mənzil verilməmişdi.

Qeyd edək ki, 10 may 1937-ci il təvəllüdlü M.Yaqub hazırda parkinson xəstəliyindən əziyyət çəkir.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR