Gürcüstanda nazir İSTEFA VERDİ

Gürcüstanda nazir İSTEFA VERDİ

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili istefa verib.

101.az-ın xəbərinə görə, nazirin istefası barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında məlumat verib.

Baş Nazir M. Batiaşvilinin özünün istefa ərizəsi ilə müraciət etdiyini qeyd edib.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR