Zərdabda evdə partlayış olub — Xəsarət alanlar var

Zərdabda evdə partlayış olub — Xəsarət alanlar var

Zərdab rayonunda evdə partlayış baş verib.

101.az xəbər verir ki, hadisə rayonun Sileyli kəndində qeydə alınıb.
Kənd sakini İlham Əzməmməd oğlu Şeydayevə məxsus yaşayış evinin mətbəxində qaz balonu partlayıb. Nəticədə mətbəx tamamilə dağılıb, ev sahibi İ.Şeydayev və onun oğlu Nicat Şeydayev yanıq xəsarətləri ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Daha sonra vəziyyətləri ağır olduğundan hər iki zərərçəkən Bakı şəhərinə aparılıb.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR