Bakı metrosunda tanqo şousu keçiriləcək

Bakı metrosunda tanqo şousu keçiriləcək

Noyabrın 8-də saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində Bakı metropoliteninin “İçərişəhər” stansiyasında tanqo şousu təşkil olunacaq.

Qurumun mətbuat verilən məlumata görə, şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində baş tutacaq.

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün ustad dərsləri də təşkil edəcəklər.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR