"Maşın" bitdi" - Murad Dadaşov

"Maşın" bitdi" - Murad Dadaşov

Xalq artisti Murad Dadaşov "Maşın" realiti-şousunun artıq bitdiyini açıqlayıb.

101.az xəbər verir ki, şoumen bu haqda "MTV Azərbaycan"a müsahibəsində deyib.

"Maşın"ın tarixi bitdi. Mənim üçün geridə qalmış bir layihədir. Yeni layihələrə başlayıram. İnanmıram yaxın zamanlara qədər bu şou yenidən olsun. "Maşın" bitdi.

Yeni işlərə, nəfəsə ehtiyac var. 2020-ci ilin layihələrini gündəmə gətirəcəyik. Hətta onlardan birində aparıcı da olacam" deyə, Dadaşov söyləyib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR