Messi də, digərləri də onlara əl uzatmayıb

Messi də, digərləri də onlara əl uzatmayıb

"Barselona"nın futbolçuları Çempionlar Liqasında "Slaviya" ilə keçirilən qarşılaşmada qonaqpərvərlik davranışı göstərməyiblər.

101.az bildirir ki, "Barselona"nın bir neçə futbolçusu, o cümlədən Messi qarşılaşmadan sonra "Slaviya"lılara əl uzatmadan meydanı tərk ediblər. Bu barədə çexlərin qapıçısı Ondrjey Kolarj məlumat verib:

"Ter Şteqen məni paltardəyişmə otağına gedən yolda saxladı və dedi ki, çoxdandır hansısa qapıçının belə oyununu görməmişdim. Yüksək səviyyəli qapıçıdan belə sözlər eşitmək xoş idi. Ancaq "Barsa"nın digər futbolçuları...

Messi və digərləri, sadəcə, çıxıb getdilər. Hətta bizə əl də uzatmadılar. Kədərli idi. Biz belə məşhurlarla oyunu böyük səbirsizliklə gözləyirdik. İstəyirdik ki, formaları dəyişək. Ancaq onlar özlərini yaxşı aparmadılar".

"Barselona" - "Slaviya"ya qalib gələ bilməyib - 0:0.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR