Kayli Cenner özünə yeni sevgili tapdı

Kayli Cenner özünə yeni sevgili tapdı

Dünyanın ən gənc milyarderi olaraq tanınan Kayli Cennerin qəlbi artıq boş deyil.

101.az xəbər verir ki, "People" nəşri onun reper Dreyk ilə eşq yaşadığını yazıb. Cütlüyə yaxın mənbə də onların hər gün birlikdə vaxt keçirdikləri və xoşbəxt olduqlarını deyir. Məşhurların macərsası Dreykin ad günündə başlayıb. Partidə səmimi vaxt keçirən cütlük daha sonra bir-birlərini tanımağa qərar verib.

Qeyd edək ki, Dreykin adı daha əvvəl Rihanna və Serena Vilyams kimi məşhurlala hallanmışdı. Kayli Cennerin isə reper Travis Skot ilə bərabərliyindən bir qızı var. Cütlük 1 ay əvvəl ayrılıb.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR