Platini UEFA-dan əməkhaqqı borcunu tələb edir

Platini UEFA-dan əməkhaqqı borcunu tələb edir

UEFA-nın sabiq prezidenti Mişel Platini Avropa futbol qurumunun ona olan əməkhaqqı borcunun ödənilməsi üçün məhkəməyə müraciət edib.

101.az-ın məlumatına görə, 64 yaşlı fransalı funksioner 7,2 milyon avro tələb edir. Bunun 5,5 milyon avrosu əməkhaqqı borcudur.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası korrupsiyada ittiham olunan veteran futbolçunu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza müddəti 4 ilə endirilib və bu ilin oktybarında başa çatıb.

101.az (“Report”)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR